Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb » Pressing.Az
Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb
Dünya Futbolu / Konkfrans Liqası 1-10-2024, 15:28

FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.

Pressing.az xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.