Xəbər lentiwidget-title-icon

"Betis"dən yeni transfer

"Betis" klubu yeni transfer gerçəkləşdirib.

Pressing.az xəbər verir ki, "Atletiko"nun futbolçusu Rodriqo Rikelme heyətə cəlb edilib.

25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan R.Rikelme əsas komandada 75 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. O, "Jirona", "Mirandes" və "Bornmut"da da oynayıb.

Oxşar xəbərlər