Depay rəsmən "Atletiko"da
Transferlər / Dünya Futbolu
20-01-2023, 18:15

Madrid "Atletiko"su "Barselona"nın futbolçusu Memfis Depayı transfer edib.
Pressing.az xəbər verir ki, niderlandlı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.
İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 4 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, Depay bu mövsüm La Liqada 2 oyunda 1 qol vurub.
