İnzagi B Seriyasında
Dünya Futbolu
13-06-2025, 10:06

Filippo İnzagi "Palermo"nu çalışdıracaq.
Pressing.az xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssis siciliyalılarla A Seriyasına yüksələcəkləri təqdirdə daha bir mövsüm uzatmaq imkanı ilə 2 il müddətinə anlaşıb.
İnzagi 34 illik fasilədən sonra “Piza”nı yüksək diviziona çıxarıb. Klub ona görə təxminən 700 min avro məbləğində təzminat alacaq.
