Azərbaycan millisinin üzvü Albaniya çempionu oldu » Pressing.Az
Azərbaycan millisinin üzvü Albaniya çempionu oldu
Dünya Futbolu 13-05-2025, 11:22

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.

Pressing.az xəbər verir ki, komanda pley-offun həlledici matçında “Vlajniya” ilə qarşılaşıb. "Eqnatiya" 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub.

Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.