Azərbaycanlı futbolçu Albaniya klubunda » Pressing.Az
Azərbaycanlı futbolçu Albaniya klubunda
Transferlər / Dünya Futbolu 11-06-2024, 12:36

Həmyerlimiz Albaniya klubuna transfer olunub.

Pressing.az xəbər verir ki, “Araz Naxçıvan”dan ayrılan Zamiq Əliyev karyerasını sözügedən ölkənin “Eqnatiya” komandasında davam etdirəcək.

Müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub.