Xəbər lentiwidget-title-icon

"Sabah" "Orhus"u belə darmadağın etdi - VİDEO
ÇL: "Fənərbağça" pley-offda
"Sabah"ın ÇL-in pley-offundakı rəqibi məlum oldu
Valdas Dambrauskas: "Kimin rəqib olmasının yaxşı olacağını bilmirik"
"Sabah" Çempionlar Liqasının pley-offunda!
"Sabah" - "Orhus" matçı üçün HEYƏTLƏR
“Sabah”da litvalı oyunçu - RƏSMİ
Rəşad Əzizli "Kəpəz"də - RƏSMİ
Bundesliqa klubundan yeni transfer
İtaliya klubunda itki
“Karvan-Yevlax”da yeni hücumçu aldı - RƏSMİ
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı!
"Çelsi"dən Fransa klubuna
"Kəpəz"də daha bir legioner - RƏSMİ
"Bayern"dən Harri Keynlə bağlı qərar
11 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
"Barselona"nın ulduzu "Liverpul"da
Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
BCF-dən Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramı keçirilir
Braziliyalı futbolçu "Qəbələ"də
I Liqa klubundan “Kəpəz”ə - RƏSMİ
Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da

Valdas Dambrauskas: "Kimin rəqib olmasının yaxşı olacağını bilmirik"

"Sabah" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Danimarkanın "Orhus" klubuna qarşı keçirdiyi cavab oyununda 4:0 hesabı ilə qalib gəlib.

Pressing.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

"Oyuna görə futbolçularımla fəxr edirəm. Bu qələbədə hər bir oyunçunun payı var. Danimarkadakı məğlubiyyətdən sonra çox şey öyrəndik və bu gün həmin təcrübənin faydasını gördük. Matçın taleyini detallar müəyyənləşdirdi. Səhvlərindən nəticə çıxaran və onları təkrarlamayan komanda meydanı qalib tərk etdi.

İlk hissədə rəqibin cəmi bir real qol imkanı oldu və qapıçımız həmin epizodda komandamızı xilas etdi. Ümumilikdə isə daha dominant və qələbəyə daha çox istəkli tərəf biz idik. Rəqibin müəyyən təzyiqi olsa da, oyunun ritminə nəzarəti əlimizdə saxlamağı bacardıq.

İlk qoldan sonra rəqibin müqavimətini qırdıq və ardınca digər qollar da gəldi. Bu gün bu qələbəni qeyd edəcəyik. Lakin qarşıda bizi çox sıx oyun qrafiki gözləyir. Ona görə də yaxşı bərpa olunmalı və növbəti matçlara hazırlaşmalıyıq".

- Rəqib olaraq kimin gəlməsini istəyərsiniz, "Srvena Zvezda", yoxsa "Hapoel Beer Şeva"?

- Bunu müzakirə etmək istəmirəm. Kimin rəqib olmasının yaxşı olacağını bilmirik. Hazırda çempionatı düşünürük. "Kəpəz" yenilənmiş komandadır.

- "Sabah" bu mövsüm ev oyunlarında qol buraxmayıb. Bunun xüsusi səbəbi var?

- Bunun xüsusi bir səbəbi yoxdur. İlk dəqiqələrdən etibarən dominant tərəf olmağa çalışırıq. Qol vurmaqdan doymuruq. Bu gün boşluqlardan yararlanıb daha çox qol vura bilərdik.

- Qapıçı və mərkəz hücumçusu transferi düşünürsünüz?

- Heyətimizdə dörd qapıçı var və gənc, yerli qolkiperlərimizə çox güvənirəm. Bundan əlavə, komandamızda 10 yeni futbolçu var ki, hələ əsas heyətdə meydana çıxmayıblar. Onların da özlərini göstərməsi üçün zaman lazımdır və inanıram ki, qarşıdakı oyunlarda bunu bacaracaqlar.Ümumilikdə, heyətdəki hər bir futbolçu üzərinə düşən tapşırıqları yerinə yetirməyə və komandaya maksimum fayda verməyə çalışır.

- Liqa mərhələsində hansı stadionda oynamağı düşünürsünüz?

- Bu, daha çox rəhbərliyə ünvanlanacaq sualdır. Qaydalara görə öz stadionumuzda davam edə bilməyəcəyik. Necə olacağını gözləyirik.

Oxşar xəbərlər