Xəbər lentiwidget-title-icon

İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Zirədə 5 qol - VİDEO
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq" - VİDEO
"Sumqayıt"ın baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Qəbələ"dən qələbə – YENİLƏNİB
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Qol vurmaqda çətinlik çəkirik"
"Qarabağ"ın ötənilki heyəti daha güclü idi" - Yeton Bekiri
“Qarabağ” və “Kəpəz”in əvəzedicilərindən qələbə

Cavid Hüseynov: "Məşqçi kimi tək qalmışam"

"Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu "Neftçi"yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq".

Pressing.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 27-ci turunun "Neftçi" ilə oyunundan (1:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O həmçinin bildirib:

- Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvlər üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik. Futbolçulara da dedim. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq".

- Futbolçularınızın ustalıq səviyyəsi sizi qane etmir?

- Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. Bu pası bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq. "Neftçi" bizə nə etdi ki? "Neftçi" yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik "Neftçi"yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq.

Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən belədir. Hamı danışır ki, "Səbail" heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma tək gücüm çatmaz. Məşqçiyə dəstək olmalıdır. "Səbail" qışdan sonra "Şamaxı" ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. "Qarabağ"a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, "Səbail" dəstək görmür heç yerdən. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Siz təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. "Kəpəz" hansısa komandanı udursa, əməlli-başlı pul alır.

- Rəhbərlik sizi başqa vədlə çağırmışdı. Vəd yetinə yetirilmədi?

- 16-17 yaşımdam peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiniz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam.

- Həlledici məqamda tək qalmısınızsa, o zaman son pillədə olacağınızla barışmısınız?

- Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə nəsə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.

- Sponsorsuz qalmaq deməkdir?

- Sponsorsuz yoxdur. Sponsorumuz onsuz da komandadan əl çəkib. Mən gələndən də bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi....Hər şeydə azalma var. Bu durumu qabardıram.(sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər