Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

“Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağımıza əminəm” – Tahir Gözəl

“Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram. Onların 2025-ci ildəki vacib matçlarda, UEFA Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacaqlarına əminəm”.

Pressing.az xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözel Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

O, 2024-cü ildə əldə olunan uğurların davamının gələcəyinə inandığını söyləyib:

“Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Qarşıdakı ildə avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq.

Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcək”.

Klub rəhbəri 2024-cü ilin hüznlü, ağrı dolu hadisə ilə başa çatdığını bildirib:

“Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü. Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.

Tahir Gözəl bitməkdə olan ilin futbol meydanlarında daha xoş anlarla yadda qaldığını vurğulayıb:

“Qarabağ” son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/2025 mövsümünü “Qızıl dubl”la başa vurdu”.

Klub prezidenti ilin ikinci yarısını da uğurlu hesab edib:

“İlin ən böyük hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlinin qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” camiəsi adından təşəkkür edirəm. Klubumuz təkcə meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də dünyanın diqqət mərkəzində olub. “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı. Burada dünyanın bir sıra aparıcı klubları yer alıb ki, gələcəkdə alyansın sıraları daha da genişlənəcək. Artıq uzun illərdir Qarabağ adını beynəlxalq arenada yüksəklərə qaldıran komandamız 2024/25 mövsümündə də Avropada öz sözünü deyir. “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş etdi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komandamız bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, klubumuzun hər bir üzvünə bu uğurlardakı payına görə təşəkkür edirəm. “Qarabağ” bir ailədir və rəhbərlikdən tutmuş sıravi işçilərinə qədər hər kəsin bu nəticələrdə payı var. Onların hər birinə minnətdarlığımı bildirir, uğurların ardını gətirmələrini arzulayıram. İl boyu yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm. Onlar nəticələrdən, hava şəraitindən asılı olmayaraq, daim bizi dəstəkləyib, bizə inanıblar”.

Oxşar xəbərlər


Bütün xəbərlər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR