Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Şamaxı" - "Səbail" oyununda qapılara qol vurulmadı

Bu gün Misli Premyer Liqasında 17-ci tura start verilib.

Pressing.az xəbər verir ki, ilk günə nəzərdə tutulmuş 2 matçdan artıq 1-i başa çatıb.

Turun açılış matçı Şamaxıda baş tutub. Meydan sahibi komanda “Səbail”i qəbul edib. Görüşün 14:00-da başlaması planlaşdırılsa da, Şamaxı şəhərindəki qarlı hava şəraiti səbəbindən görüş saat 14:20-də start götürüb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Hər iki komanda bundan əvvəlki son 3 görüşdə xal qazanmağı bacarmamışdı. “Səbail” 8 turdur qələbəyə qalib gələ bilmir. Maraqlıdır ki, “dənizçilər” sonuncu dəfə məhz “Şamaxı” üzərində qələbəyə sevinib - 2:0. Ayxan Abbasovun komandası isə artıq 10 turdur qalib gələ bilmir.

Bu matçı prinsipial edən bir məqam da Cavid Hüseynovla bağlı olub. Belə ki, hazırda “Səbail”in baş məşqçisi olan Hüseynov 2 il əvvəl “Şamaxı”nı çalışdırırdı. Komanda məhz onun rəhbərliyi altında son turda “Səbail”ə uduzaraq Premyer Liqa ilə vidalaşmışdı.

Günün ikinci matçında isə lider “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək.

17-ci tur

14 dekabr (şənbə)

14:00. “Şamaxı” - “Səbail” - 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

Oxşar xəbərlər