Xəbər lentiwidget-title-icon

Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib
2 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Turan" İstanbulda "Fənərbağça"ya məğlub olub
Malen hamını qabaqladı
"Fənərbağça"ya "yaşıl işıq"
Azərbaycan şahmatçılarının oktyabr üçün FIDE reytinqi müəyyənləşib
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Diniyev heç-heçəyə şərh verdi

“Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Pressing.az
xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Azarkeşlər üçün maraqlı, bol qollu matç keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz sonuncu yerdəyik, onlar ön sıralarda. "Qəbələ"yə qarşı belə futbol oynamaq mənim üçün xoşdur. Komanda hər həftə daha yaxşı futbol oynamağa çalışır. Yeni transferlərimiz gözlədiyimizi verə bilirlər. Hər iki komanda qələbəyə layiq idi. Biz üç xala yaxın idik. Asan qollar buraxdıq. Bu, məni narahat edir. Komandanın olduğu yer bizi sıxır, futbolçular təzyiq altındadırlar. Nə qədər motivasiya versək də, oyunçular turnir cədvəlinə baxanda sıxılırlar. Uduzmaq qorxusu hələ ki, onların içindən çıxmayıb. Artıq itirəcəyimiz bir şey qalmayanda özünəinam qayıtdı. Əvvəl çəkinə-çəkinə oynayırdıq. Məşqçi olaraq mənim də üzərimdə təzyiq var.

Yeni transferimiz Matiya Lyuyiç bu gün qol vurdu. Onun potensialına bələdəm, çıxışını çox izləmişdim. Transferin son günlərində onu gətirməklə bağlı qərar verdim. "Uypeşt"də əsas heyətdə yerini itirmişdi. Bir az funksional hazırlığı yerində deyil. Matçın sonlarında gücünün qalmadığı görünürdü. Həqiqətən də keyfiyyətli futbolçudur. Bəlkə də Azərbaycanda ən yaxşı legionerlərdən biri ola bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər