Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Qurban Qurbanov: “Kadi məsələsinə heç də üzülmədim”

“Hazırlığımız pis alınmadı. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada baş tutdu. Futbolçulardan razı qaldım. Çox həvəsli idilər. Bəlkə bir oyun da əlavə keçirsəydik, daha yaxşı olardı”.

Pressing.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə jurnalistlərə deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları “Linkoln” barədə danışarkən deyib ki, indiki komanda ötən il məğlub etdikləri rəqibdən fərqlənir: “Ötən illə müqayisədə rəqibin heyətində dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu çıxış edir. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. “Linkoln” bərk komandadır. Süni örtüklü meydanda oynayırlar. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də səfət matçında çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. Matça ciddi yanaşmalıyıq. Rəqib bunu tələb edir”.

Qurbanov qapı xətti barədə bunları söyləyib: “Şahruddin komandaya bir az gec qoşuldu, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ümumən qapıçılardan razıyam”.

“Qarabağ”ın çalışdırıcısı tansfer çalışmalarının davam etdiyini vurğulayıb: “Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi də davam etdiririk. Oyunçulara baxırıq, bəzilər ilə, eləcə də klubları ilə danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdir”.

O, əsasən hücum xəttini gücləndirmək istədiklərini söyləyib: “Eləcə də müdafiə xətti üçün də axtarışlarımız davam edir”.

Qurbanov “Linkoln”un üstünlüyünün rəsmi oyun keçirmək olduğunu qeyd edib: “Bizdən fərqli olaraq onlar 2 rəsmi oyun keçiriblər. Bu, onlar üçün avantajdır. Amma biz də hazırıq”.

“Mahir Emreli məsələsi “Qarabağ” üçün qapanıb, yoxsa hələ onun qayıtma ehtimalı var?” sualını Qurbanov belə cavablandırıb: “Qapanıb demək düzgün olmazdı. Amma danışığımız da olmayıb. Mahirin “Qarabağ”a geri qayıtması ilə bağlı danışıq aparmamışıq”.

Qurbanov digər avrokubok təmsilçilərimizə də uğurlar arzulayıb: “Avrokuboklarda hər bir qələbə, mərhələ adlamaq bizim üçün çox vacibdir. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm “Sumqayıt”, həm “Sabah” öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. “Zirə”nin “Şerif”lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar”.

O, “Neftçi”nin Roman Qriqorçuk, “Turan Tovuz”un isə Kurban Berdıyevlə anlaşmasına normal yanaşdığını bildirib: “Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq”.

Mütəxəssis Kadi Borgesin “Qarabağ”a keçidinin alınmamasına da toxunub: “Krasnodar”ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var”.(qol.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar