"Səbail"dən yeni transfer » Pressing.Az
"Səbail"dən yeni transfer - RƏSMİ
Azərbaycan Futbolu 2-02-2024, 14:59

"Səbail” klubu daha bir oyunçunun transferini rəsmiləşdirib.

Pressing.az "dənizçilər"in saytına istinadən xəbər verir ki, son olaraq Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş paytaxt təmsilçisinə keçib.

Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.