"Kəpəz"dən yeni transfer - RƏSMİ
Azərbaycan Futbolu / Transferlər
16-08-2025, 14:04

“Kəpəz” daha bir futbolçu transferini açıqlayıb.
Pressing.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
“Sarı-göylər” Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Oyunçu son olaraq Belarusun BATE klubunda çıxış edib.
