Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Rəşad Sadıqov: "Qarşımızda ən güclü "Qarabağ" var idi"

"Zirə" klubu Azərbaycan Premyer Liqasının 18-ci turunda öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandama təşəkkür etmək istəyirəm. Bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü "Qarabağ" var idi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə aparırdılar. Rəqibə qol epizodu verməmişdik. Top itkisinə yol verdik. Bu da "Qarabağ"ın sevdiyi məqamlardır. İkinci hissənin əvvəlində "Qarabağ" daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qurduq, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm.

- İlk hissədə maraqlı oyun keçdi. Qurban Qurbanov sizin oyuna yaxşı hazırlaşdığınızı dedi. İkinci yarıda passiv oyununuz nəylə bağlıdır?

- Qol komandaya təsir etdi. "Turan Tovuz"la iki çətin oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı.

- Fasilədə komandadan ayrılanlar olacaq?

- Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq.

- Hansı mövqeyə oyunçular cəlb etmək istəyirsiniz?

- Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir.

- Hakimliklə bağlı fikriniz nədir?

- Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Deyəcəyim sözlər "Qarabağ"la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyunumuza təyin edilməsi düzgün deyil. Çünki "Sabah"la matçdan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də "Zirə"nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75 -ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və oyunçu meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçum etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, onu bu oyuna təyin etmək doğru deyil.

- Səhvlərlə bağlı Hakimlər Komitəsi ilə görüşmək istərdiniz?

- Görüş planlaşdırmırıq. Ümumən baxdıqda hakimlər oyunu daha yaxşı idarə edir.

- "Turan Tovuz"la oyundan sonra mətbuat konfransında komandanızın daha sakit oynadığınızı dedilər. Sonrakı oyunlarda daha sürətli çıxış edirsiniz. Sanki, göstərirdiniz ki, sürətli oynaya bilərik...

- Qəti. Belə çıxır ki, əvvəl edə bilərdilər, indi yox? Bu, səhv fikirdir. Çox oyunlarımız var ki, rəqiblərdən üstün oynamışıq. Bəzən epizodlardan yararlana bilməmişik. "Qarabağ"da çıxış edəndə də belə nəticə olurdu. Düşünürəm ki, bu mərhələni tezliklə aşacağıq.

- Sizə elə gəlmir ki, hakimləri tənqid edəndən sonra onlar "Zirə"yə qarşı daha çox prinsip aparırlar?

- Bu il xatırlamıram ki, hakimi tənqid edək. Epizodlar ola bilər ki, şərh edirəm. Bu məsələni siz açırsınız, mən cavab verirəm. Ona bilər ki, onlar öz aralarında bizi müzakirə edirlər. Sadəcə mətbuata çıxmırlar.

- "Turan Tovuz"la oyundan sonra demişdiniz ki, mübahisəli epizodlarda bizim əlehimizə qərar verirlər...

- Əgər onu tənqid kimi qəbul edirlərsə, mənlik nəsə yoxdur.

- Hazırlıq prosesini Bakıda keçirməyinizin sizə təsiri necə olacaq?

- Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. "Qarabağ"ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Onlara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır. Hava şəraiti imkan versə, fasilələrin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Kuboka 1/4 finaldan başlamışıq. Düşünürəm ki, bu, düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur, amma Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. I Liqa ilə Premyer Liqa arasında uçurum var.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar