Xəbər lentiwidget-title-icon

Yuri Vernidub: "Qarşıda hələ çox işimiz var"
Zaur Həşimov: "Bu məğlubiyyətin bizə çox xeyri olacaq"
"Neftçi" və "Sabah"dan qələbə - YENİLƏNİB
"Komanda qol buraxmadan 5:0 hesabıyla qalib gəlibsə, razı qalmaya bilmərəm" - Valdas Dambrauskas
Rəşad Sadıqov: "Hesab 0:5 olsa da, futbolçularımın performansından razıyam"
"Neftçi" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Sabah" - "Zirə" matçı üçün HEYƏTLƏR
“Sabah” FK “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı
İngiltərə klubundan baş məşqçi qərarı
"Qalatasaray"a Osimen şoku
Ekvarod millisi ona tapşırıldı
“Sabah”dan uşaq futboluna böyük dəstək – 10 milyon manat!
Bir imza, aylarla gözlənti: “Şəki” niyə öz stadionuna qayıda bilmir? – YAZI
Neymar sıradan çıxdı
MPL: “Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı
Super Liqa klubunda yeni baş məşqçi - RƏSMİ
Mbappe birinci oldu
"Kəpəz"in "Şamaxı"ya məğlubiyyəti - VİDEO
Zamiq Əliyev üçün 90 dəqiqə
"Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda!
Azərbaycan çempionatı üçün yeni rekord
"Qəbələ"nin "İmişli" üzərində qələbəsi - VİDEO
Amil Ağacanov qələbəni necə şərh etdi?
"Şamaxı" və "Qəbələ"dən qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi

Yuri Vernidub: "Qarşıda hələ çox işimiz var"

Misli Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Şəfa"nı qəbul edən "Neftçi" 4:1 hesablı qələbə qazanıb.

Pressing.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bildirib:

- "Şəfa"ya qarşı çətinlik çəkdiniz. Bu fakt sizi narahat etmir?

- Futbolçularım bu oyunda bütün güclərini ortaya qoydular. “Şəfa”nın Premyer Liqanın debütantı olması ümumi mənzərəni əks etdirmir. Bu, intizamlı və yaxşı təşkilatlanmış komandadır. Onlar 5-3-2 sxemi ilə oynayırlar və bu səbəbdən müdafiələrini yarmaq çətindir. İlk hissədə də məhz bunu gördük. Rüfət Abbasovun möhtəşəm qolu sayəsində hesabı açdıq. Bu, üzərində işləməli olduğumuz məsələləri başa düşdüyümüzü göstərir. Əslində, qarşıda hələ çox işimiz var. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq, amma futbolçularımızın reaksiyasından razı qaldım. Qoldan sonra onlar intensivliyi artırdılar və daha üç qol vurdular. Artıq neçə dəfə qapı tirinə və dirəklərinə zərbə vurduğumuzu saya bilmirəm, amma qələbə qazandığımız üçün şadam. Yolumuza davam edəcəyik.

- “Zirə” ilə müqayisədə start heyətində dəyişikliklər oldu. Bu, əvvəlki oyunda uğursuz çıxış edən futbolçular üçün cəza idi? Şevelin debütü barədə nə düşünürsünüz?

- Qapıçılar istisna olmaqla, sərəncamımızda 22 futbolçu var. Ştoqrinin də adını qeyd etmək lazımdır. Hazırda zədəlidir, amma tezliklə sıraya qayıdacaq. Elvin Bədəlov isə qırmızı vərəqəyə görə aldığı diskvalifikasiya səbəbindən bu oyunu buraxdı. Qalan futbolçular tam gücü ilə məşq edirdilər. Mən futbolçuları cəzalandırmıram, sadəcə konkret oyundan asılı olaraq qərarlar qəbul edirəm. “Zirə” ilə matçda gözlədiyimiz oyunu görə bilmədik və mən də buna reaksiya verdim. Əslində, həmin görüşdə çox az qol epizodu yaratdıq. Bu dəfə isə “Zirə” ilə oyunda lazımi səviyyədə tətbiq edə bilmədiyimiz pressinqə üstünlük verməyə qərar verdik. Bu gün futbolçularımız bunun öhdəsindən əla gəldilər. Şevelə gəlincə, biz onu çoxdan izləyirdik. O, çox maraqlı bir çempionat olan Şotlandiya liqasından gəlib və orada hətta ən yaxşı mərkəz yarımmüdafiəçisi seçilmişdi. Onu komandaya cəlb etmək istəyirdik, bunu bacardıq və indi o, buradadır.

- Rüfət Abbasov barədə nə düşünürsünüz?

- O, gəncdir və milli komandada çıxış edir. Onunla biz ondan nə gözlədiyimizi və nəyə ehtiyacımız olduğunu danışmışıq. Məşqlərə və toplanışlara necə yanaşmalı olduğunu da müzakirə etdik. Bundan əlavə, o, möhtəşəm qol vurdu. Sol ayaqlı olmasına baxmayaraq, topu sağ ayağı ilə qapıya göndərdi. İkinci qolu da vura bilərdi, amma zərbəsi dirəyə dəydi. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər