Xəbər lentiwidget-title-icon

"Layiqli qalibiyyət əldə etdik" - Andrey Demçenko
"Araz-Naxçıvan" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Qarabağ"ın U-19 komandası çempion olub
"Neftçi"dən mövsüm qələbə ilə vida - VİDEO
Azər Bağırov: "Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?"
"Yerli oyunçulara üstünlük verərdim" - Yuri Vernidub
SON DƏQİQƏ! "Qarabağ" 3 futbolçu ilə yollarını ayırdı
Yamal birincidir
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
Azərbaycan boksçuları mübarizəyə start verir
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI
"Kəpəz" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Şəhriyar Əliyev: "Atletiko Madrid" də bu cür futbol oynayır və nəticələr qazanır" - AÇIQLAMA
MPL: "Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı
Parakarateçilərdən AÇ-də 2 medal
Gülay və Elvin də Avropa çempionatının finalına yüksəlib
Sumqayıtda "qol yağışı" - VİDEO
"Qarabağ"dan "Sabah"ın ulduzu üçün yarım milyonluq təklif – ÖZƏL
"Sabah"ın "Turan Tovuz" üzərində qələbəsi - VİDEO
"Yenə də səhvlərimizdən qollar buraxdıq" - Saşa İliç
Qurban Qurbanov: "Bu da bizim üçün təcrübə idi"
"Qarabağ" və "Sabah"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik"
"Bərabər səviyyədə oyun keçdi" - Valdas Dambrauskas
“Mingəçevir” pley-off-da!

Azər Bağırov: "Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?"

Bu gün Misli Premyer Liqasında 33-cü tur çərçivəsində "Kəpəz" "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Təbii ki, bunun üçün öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəldikdə, uşaqlar sonadək döyüşdülər, bacardıqlarını etdilər və hər birinə təşəkkür edirəm. Biz gələndə "Kəpəz"in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə ağır vəziyyətdə, özü də 12 legionerin transfer olunduğu bir vaxtda komandanı götürmək həqiqətən çətin idi. Lakin bu fonda komandanı Premyer Liqada saxlaya bildik. Klubda çalışan hər kəsə minnətdaram".

- Bu gün meydanda olan gənc oyunçulardan kimləri xüsusi qeyd edərdiniz?

- Şahnur İsmayılovla Raul Hüseynlini xüsusi vurğulamaq istərdim. Hər ikisi çox bacarıqlı futbolçulardır. Lakin daha çox çalışmalıdırlar, çünki artıq ictimaiyyətin və azarkeşlərin diqqəti onların üzərindədir.

- "Kəpəz"dən ayrılıb "Şamaxı"ya keçəcəyiniz iddia olunur. Bu barədə fikirlərinizi bildirə bilərsiniz?

- Bu barədə indi danışmaq istəmirəm. Zamanı gələndə klubun rəsmi hesablarında lazımi məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu və xeyirli olar.

- Oyun bitdikdən sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdilər. Sizə haqsızlıq edildiyini düşünmürsünüz?

- Futbolda belə şeylər qaçılmazdır və anlaşılmazlıqlar həmişə olub. Mən azarkeşlərdən razıyam, Gəncə azarkeşləri futbolu çox yaxşı bilirlər. Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunub və bu təklif builkindən qat-qat yaxşı idi. Sadəcə, beynimdə müəyyən məsələlər var və hər şeyi götür-qoy etmək üçün zaman lazımdır.

- Klubun daha yaxşı təklif etdiyini dediniz. Bəs niyə razılığa gələ bilmirsiniz?

- Mən doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Hər zaman "Kəpəz" azarkeşlərini sevindirmək, onlara yaxşı nəticələr vermək istəmişəm. Əgər gələcək büdcə buna imkan verməyəcəksə, azarkeşlərin qarşısında əlacsız vəziyyətdə qalacağam.

- "Şamaxı"nın oyununu stadiondan izləməyiniz müəyyən narazılıqla qarşılandı. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz futbol adamıyıq. Səhər tezdən öz komandamla məşqimizi yüksək səviyyədə keçmişəm, hətta özüm də uşaqlarla birlikdə futbol oynamışam. Mənim Qəbələdə evim var. Düşündüm ki, gedib orada matçı canlı izləyim. Qəbələdə bir gün qalıb, sonra Bakıya gəlmişəm. İfadəmə görə üzr istəyirəm, barda olmamışam ki. Futbol adamıyam, yerim elə stadion olmalıdır. Bəlkə sabah da tam başqa bir oyuna gedib baxacağam.

- Klub rəhbərliyi ilə hazırkı münasibətləriniz necədir?

- Həm Adil Vəliyevlə, həm də Fərman müəllimlə çox yaxşı münasibətimiz var. Lakin bəzi məsələlər var ki, hələ tam aydın deyil. Vəziyyət belə qeyri-müəyyən olanda isə qəti qərar vermək çətindir. İnanıram ki, hər şey yaxşılığa doğru gedəcək.

- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə qazanmaq tələbi qoyubmu?

- Xeyr. Məsələ tək büdcə deyil. Bir komandanı formalaşdırmaq üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə? (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər