Eyni səhvlər, fərqli nəticələr: "Qarabağ" dərs çıxaracaqmı?
Bu mövsüm "Qarabağ" üçün paradoksal alındı. Komanda Avropa səhnəsində uğurlu çıxışı ilə yadda qalsa da, daxili arenada eyni sabitliyi göstərə bilmədi. İki cəbhədə paralel mübarizə aparmaq Ağdam təmsilçisinin kasad heyətinin gücünü tükəndirdi.
Premyer Liqada çempionluq yarışından qopmaq və ölkə kubokunda yarımfinalda "Sabah" qarşısında məğlubiyyət təsadüfi deyildi. Bu nəticələr mövsüm boyu yığılan problemlərin məntiqi yekunu idi.
Ən çox müzakirə olunan məqamlardan biri transfer siyasəti oldu. Xüsusilə "Neftçi"də artıq hesab edilən Ramil Şeydayevin geri qaytarılması suallar doğurdu. Bu addımın futbol və ya başqa məsələlərdən atıldığı məlum deyil. Eyni sözləri Sami Mmae və Jeremi Qnali transferləri haqqında da demək mümkündür. Qnali isə, demək olar ki, meydandan çox bazaya paslı qapını açaraq daxil olmaqla yadda qaldı.
Kris Kuaku niyə alınmışdı və niyə satıldı?
Avrokuboklarda çıxış edən klub üçün minimal büdcəli transfer siyasəti də diqqətdən yayınmadı. 100 min avroluq Qnali transferi ilə kifayətlənmək iddialı komanda üçün daha çox qənaətcil yanaşma təsiri bağışladı. Halbuki bu səviyyədə rəqabət üçün daha geniş və keyfiyyətli heyət zəruridir.
Qapıçı məsələsi də ayrıca müzakirə mövzusudur. 24 yaşlı Amin Ramazanovun illərdir komandada qalması onun perspektivi ilə bağlı suallar yaradır. Əgər bu potensial real deyilsə, onda niyə digər gənc qapıçılar üçün yol açılmır? Aminin komandada "bəslənməsi"nin qaranlıq səbəbi var?
Əsas problem isə ehtiyat qüvvənin zəifliyi oldu. Müqayisə üçün “Sabah”ın ehtiyat skamyasında Sekidika və Kahim Paris kimi oyunçular olduğu halda, “Qarabağ”da eyni rolu Ramil Şeydayev, Musa Qurbanlı və Abbas Hüseynov doldurur. Bu fərq mövsümün kritik anlarında özünü açıq şəkildə göstərdi.
Kadi Borges, Aleksey Kaşuk, Kevin Medina, Dani Bolt, Emmanuel Addai də mövsümboyu qeyri-stabil çıxışlarla yadda qaldılar.
Nəticədə “Qarabağ” iki cəbhədə mübarizənin ağırlığını daşıya bilmədi. Komandanın yenidən toparlanması asan görünmür. Digər tərəfdən, “Sabah” həm çempionatda, həm də kubokda sabit çıxışı ilə diqqət çəkir. Üstəlik, heyətin daha da gücləndiriləcəyi ehtimalı Masazır təmsilçisinin gələcək mövsüm çempionat və avrokuboklarda daha iddialı olacağını göstərir.
Yeni mövsümə qədər “Qarabağ” üçün əsas sual dəyişmir: bu uğursuzluqlardan düzgün nəticə çıxarılacaqmı, yoxsa eyni səhvlər təkrar olunacaq?
Hilal