Səlahət Ağayev və o "Qəbələ"dən getdi
Azərbaycan Futbolu
13-06-2023, 21:08
"Qəbələ” klubu iki futbolçu ilə yollarını ayırıb.
Pressing.az xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijakın müqaviləsi başa çatıb.
Hər iki futbolçu 2022-ci ilin yayından “Qəbələ”də çıxış edirdi. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner 7 oyun keçirib.