Xəbər lentiwidget-title-icon

0:5-dən sonra xalqı düşünürdünüz, bəs indi? – YAZI
Azərbaycan millisinin Lixtenşteynə qalib gələ bilmədiyi oyun - VİDEO
Ayxan Abbasov: "Bura gələndə hansı yükün altına girəcəyimi bilirdim"
Azərbaycan millisi Lixtenşteynə qalib gələ bilmədi...
AFFA-dan bu klublara cəza
Azərbaycan yığmasının Lixtenşteynlə oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib

Yuri Vernidub: "Qarabağ"a çətin dönəmdə dəstək olmaq qərarı verdik"

"Neftçi" azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bir neçə həftə "Forza Neftçi"nin doğum günü idi. Həmin vaxtı xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də fanatlardan üzr istəyirəm. Onlar daim bizə dəstək verir və biz də belə nəticələr əldə edirik. Sambu və Vensan Abubakara gəldikdə, hər ikisi yaxşı forvarddır. Fərqli planlarda oynayırlar. Məşqçi kimi mənə seçim etmək çətindir. Amma həm Sambunun, həm də Abubakarın oyunundan razıyam. Onların qol vurması mənə xoşdur. Amma gördüyüm odur ki, özlərini də çox dəyişiblər. Öz üzərilərində daha çox işləyib, daha çox komanda üçün oynayırlar. Belə davam etsələr, daha yaxşı oynayacaqlar.

Pressing.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 20-ci turunun “Kəpəz” – “Neftçi” görüşündən sonra keçirilmiş mətbuat konfransında Yuri Vernidub deyib.

- İki həftəlik fasilə sizi necə qayğılandırır və vəziyyətdən necə çıxmağı düşünürsüz?

- Bu oyundan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik.

- Bu cür qələbədən sonra futbolçulara mükafat verilir? Nə qədər olur?

- Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq.

- Komandanın optimal heyəti yoxdur, bütün futbolçuların xidmətindən istifadə edirsiz. Optimal heyəti formalaşdırmamısız, yoxsa bu, “Neftçi”nin oyun prinsipindən irəli gəlir?

- Qapıçıları nəzərə almasaq, komandamızda 23 futbolçu var. Onların hər biri məşqlərdə çox yaxşı təsir göstərir. Təbii ki, hamısı eyni anda meydana çıxa bilməz. Onlar oynamağa layiqdilər. Buna görə şərait yaradıram ki, oyunlarda oynasınlar. Əgər oyunçular ancaq məşq edir, oynamırlarsa, fərqli nəticələr ortaya çıxır. “Qarabağ”ın oyunlarında gördüz ki, bəzi hallarda dəyişikliklərə getdilər və hansı nəticələr oldu. Bir futbolçu uzun müddət meydana çıxmırsa, oyun ritmini itirir. Ona görə də hər zaman heyəti qarışdırırıq ki, hamı bir-birini əvəz edə bilsin. Bizim komandada ulduz yoxdur, bizdə ailə və komanda var. Komandada ulduz olanda onları idarə etmək də çətindir. Bizim yanaşma fəlsəfəmiz budur.

- Ukrayna mətbuatına demisiz ki, Azərbaycanda “Qarabağ” və “Neftçi” Ukraynada “Dinamo” və “Şaxtyor” kimi sayılır. “Qarabağ”la oyununun təxirə salınmasına münasibətiniz necədir? Matçın təxirə salınması “Neftçi”yə necə təsir edə bilər?

- Bu mövzunu bağlamaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə “Qarabağ”a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edir. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir.

- Altıncı oyundur ki, uduzmursuz. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyəbilərsiz?

- Azarkeşsiz futbol olmur. Yaxşı münasibətlərimiz davam edir. Onlardan istəyərdim ki, daim yanımızda olsunlar. Həm belə xoş günlərimizdə, həm də o qədər də xoş olmayan durumumuzda da. Bu, həm “Neftçi”yə, həm də azarkeşlərimizə lazımdır. Mən bizim azarkeşlərilə fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin böyük azarkeş ordusu var.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

0:5-dən sonra xalqı düşünürdünüz, bəs indi? – YAZI
Azərbaycan millisinin Lixtenşteynə qalib gələ bilmədiyi oyun - VİDEO
Ayxan Abbasov: "Bura gələndə hansı yükün altına girəcəyimi bilirdim"
Azərbaycan millisi Lixtenşteynə qalib gələ bilmədi...
AFFA-dan bu klublara cəza
Azərbaycan yığmasının Lixtenşteynlə oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal