Xəbər lentiwidget-title-icon

Arçi Qrey tarixə düşdü
Rüfət Abdullazadə oynadı, komandası uduzdu
Rəşad Sadıqov: "Çoxlu qol epizodları qaçırdıq" – VİDEO
"Şəfa" Premyer Liqada ilk qələbəsini belə qazandı - VİDEO
"İmişli"nin baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Şəfa"dan qələbə - YENİLƏNİB
"Azərbaycan Premyer Liqası inkişaf edib" - Kaxaber Sxadadze
Zaur Həşimov: "Bu heyətlə məqsədimizə çata bilərik”
“Zirə” - “İmişli” matçı üçün HEYƏTLƏR
“Qəbələ” - “Şəfa” matçı üçün HEYƏTLƏR
"Levante"də yeni oyunçu
"Çelsi"dən Pedro qərarı
"Sabah”ın məşqçisi “Sabah”ın Ulduzları” haqda danışıb
“Murov Az Terminal”da azərbaycanlı hücumçu
Azərbaycan klubunda yeni müqavilə - RƏSMİ
22 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Neftçi”nin əvəzedicilərindən məğlubiyyət
"Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı
Toral Bayramov oynadı, “Bursaspor” məğlub oldu
"Arsenal"dan daha bir transfer - RƏSMİ
Qadın güləşçilərimizdən iki medal
Cəlal oynamadı, komandası uduzdu
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı!
"Şaxtyor" "Çelsi"nin stadionunda oynayacaq
Azərbaycan millisi bu yığma ilə yoldaşlıq oyunu keçirəcək

Abasov OD PÜSKÜRDÜ: "Bunun izahını tapa bilmirik"

"Neftçi" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda "Karvan-Yevlax"la 0:0 hesablı heç-heçə etdikləri oyundan danışıb.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar, həqiqətən, üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücumlar... Arxaya oturmuş komandaya qarşı etməli olacağınız hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, küncdən zərbədən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm.

- İmad Farac sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır...

- Zədəsi var idi. Amma səbəb bu deyil. Faracı tanıyırıq, məşqlərdə xarakterli, aqressivdir. Cərimə etmək qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə, ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədədən qorxusu var.

- Bitirici hücumçunuz yoxdur. Bunu hiss edirsiniz?

- Komanda ətrafında forvard məsələsi çox danışılır. Bu gün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar qol olsaydı hücumçunun olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də qol epizodları yaradır. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Bassala Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər. Seleksiya komandamız isə təkcə hücumçu yox, ümumiyyətlə daim axtarışdadır.

- Bir neçə turdur ki, "Neftçi"yə qarşı kobud hakim səhvlər var idi. Klubun hər etirazından sonra sanki daha da çoxalır və hakimlərdə sizə qarşı antipatiya yaranır. Bu haqda fikriniz necədir?

- Bu oyunun içində idim. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram.

- Vensan Abubakar mövzusu nə dərəcədə realdır?

- Onun hansı səviyyədə oyunçu olduğunu bilirsiniz. Söhbətlər getmədiyini deyə bilmərəm. Hətta 1-2 forvard da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Söhbətlər gedir. Amma futbolçu bura gəlib müqavilə imzalayıb, yeni komandasının formasında fotosu yayılmayınca, nəsə demək tezdir.

- Bu gün çox sakit görünürdünüz. Özünüzü hazırlamışdınız?

- Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim, hər şey qaydasında gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığım nəyi dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Hakim nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı.

- Metyu İfeanyi transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olacaq?

- Bunu bilirdik. Onun son klubu "Sürix"dir. O, fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimisə 5 günə, kimisə 10 günə formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq.

- Yayda transfer edilən futbolçular arasında narazı qaldığınız, gözləntiləri qarşılamayan oyunçular var? Məsələn, Varqas, Kurçi...

- Varqası tərifləyirəmsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu günləri Varqasdan danışırıqsa, deməli ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var. (sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Arçi Qrey tarixə düşdü
Rüfət Abdullazadə oynadı, komandası uduzdu
Rəşad Sadıqov: "Çoxlu qol epizodları qaçırdıq" – VİDEO
"Şəfa" Premyer Liqada ilk qələbəsini belə qazandı - VİDEO
"İmişli"nin baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Şəfa"dan qələbə - YENİLƏNİB
"Azərbaycan Premyer Liqası inkişaf edib" - Kaxaber Sxadadze
Zaur Həşimov: "Bu heyətlə məqsədimizə çata bilərik”
“Zirə” - “İmişli” matçı üçün HEYƏTLƏR
“Qəbələ” - “Şəfa” matçı üçün HEYƏTLƏR
"Levante"də yeni oyunçu
"Çelsi"dən Pedro qərarı
"Sabah”ın məşqçisi “Sabah”ın Ulduzları” haqda danışıb
“Murov Az Terminal”da azərbaycanlı hücumçu
Azərbaycan klubunda yeni müqavilə - RƏSMİ
22 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Neftçi”nin əvəzedicilərindən məğlubiyyət
"Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı
Toral Bayramov oynadı, “Bursaspor” məğlub oldu
"Arsenal"dan daha bir transfer - RƏSMİ