Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazanıb
Azərbaycan atleti Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.
Pressing.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan Rahilə, birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. Təmsilçimiz təkanla qaldırma növündə bürünc medala yiyələnib. O, bu dəfə 115 kq nəticə göstərib. Beləliklə 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. İdmançıların mükafatlandırma mərasimində AAF-ın vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər körpücük üzərinə çıxmış Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdı. Beləliklə atletlərimiz qitə miqyaslı yarışda ümumilikdə 9 medal əldə edib.