Xəbər lentiwidget-title-icon

"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub

Anar Allahverdiyev: “Şahmatçılarımızın yüksək səviyyədə çıxış edəcəyinə inanırıq” - AÇIQLAMA

“11-ci Vüqar Həşimov Memorial turnirinə hazırlıq yüksək səviyyədə davam edir. Hazırda yarışın keçiriləcəyi məkan və oyunçular da müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində olacaq”.

Pressing.az
xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında turnirin direktoru Anar Allahverdiyev deyib.

Xankəndi şəhərində təşkil olunacaq yarışın 44 günlük Vətən müharibəsində qazanılan qələbənin simvolu olduğunu söyləyən Allahverdiyev turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini deyib: “Ötən il Memorial yarış Şuşada oldu. Fəxr hissi ilə bu yarışın böyük statuslu beynəlxalq turnir olduğunu deyə bilərəm. Güclü şahmatçılar üz-üzə gələcəklər. Məsələn, rusiyalı Yan Nepomnyaşiy elit şahmatçılar siyahısına daxildir və çox güclüdür. Gənc ulduzlardan özbəkistanlı Nodirbek Abusattorov adını çəkə bilərəm. Çox gözəl oyunu ilə bütün türk dünyasını sevindirir. Digər şahmatçılar da uğurlu çıxışları ilə yadda qalır. Yerli şahmatçılardan Vüqar Həşimov şahmat klubunun lideri olan, 3 qat Avropa çempionu, uzun illər Vüqarla bir komandada çıxış edən Rauf Məmmədov və onunla yanaşı Aydın Süleymanov da yarışacaqlar. Əlbəttə, bu turnirə böyük maraq var. Xankəndidə bu turnirin keçirilməsi şahmatın regionlarda inkişafına da böyük təkan verir”.

Turnirin direktoru yarışın formatı ilə bağlı da məlumat verib: “Yarış blits və rapid növlərində keçiriləcək. Rapiddə 15 dəqiqə + 10 saniyə, blitsdə isə 3 dəqiqə +2 saniyə vaxt olacaq. Şahmatdan zövq almaq üçün vaxt olaraq qısaldılmış formata keçirilir. Artıq bununla ayaqlaşmaq lazımdır. Vüqar Həşimov Memorialı da böyük nəzarət vaxtı ilə başlamışdı. Ancaq zamanın tələblərini nəzərə alaraq, biz də bu formata keçid etdik. Belə olan halda oyun daha dinamik və həyəcanlı keçir. Mübarizə baxımından isə öz şahmatçılarımızın yüksək səviyyədə çıxışını və yaxşı yerlər tutacağına inanırıq”.

Anar Allahverdiyev: “Şahmatçılarımızın yüksək səviyyədə çıxış edəcəyinə inanırıq”

Oxşar xəbərlər

Bütün xəbərlər