Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

AŞF milli komandaların formalaşma meyarlarını açıqlayıb

Azərbaycan Şahmat Federasiyası (AŞF) yeni dəstək proqramı və milli komandaların formalaşma meyarlarını müəyyənləşdirib.

Pressing.az xəbər verir ki, ilk dəfə olaraq İcraiyyə Komitəsi tərəfindən təsdiqlənən şahmatçıların etik davranış qaydaları açıqlanıb.

Dəstək proqramı şahmatçılara təqaüdün verilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradır.

İlk dəfə olaraq şahmatçılar beynəlxalq reytinqlərinə görə təqaüd proqramına daxil edilir. Kişi şahmatçılar üçün 2600, qadın şahmatçılar üçün isə 2300 reytinq tələbini ödəyən şahmatçılar 2025-ci ilin yanvar ayından etibarən aylıq təqaüd alacaqlar. Bunun üçün şahmatçıdan ölkə çempionatında iştirak etməsi və FİDE-nin reytinq cədvəlində “inactive” olmaması tələb olunur.

İyul ayından etibarən il ərzində minimal 25 oyun tələbi tətbiq olunaraq qüvvəyə minəcək.

Milli yığma komandaya cəlb edilən şahmatçılar isə ölkənin əsas komandasının üzvü olduqları müddətdə əlavə olaraq təqaüd alacaqlar.

Eyni zamanda yaş qrupları üzrə ölkə çempionatının qalibləri üçün də yeniliklər nəzərdə tutulub. Yeni qaydalara görə ölkə çempionu olan yeniyetmə və gənc şahmatçı dünya və Avropa çempionatında iştirak hüququ qazanacaq.

2-ci yeri tutan şahmatçı Avropa çempionatına ezam olunacaq. 3-cü yeri tutan şahmatçıya isə beynəlxalq yarış üçün maddi dəstək göstəriləcək.

Oxşar xəbərlər