Xəbər lentiwidget-title-icon

“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!

Millimizin üzvü: "Düşünürəm ki, zəhmətimiz yerdə qalmayacaq" - AÇIQLAMA

“Hazırda tam tərkiblə Polşada keçiriləcək Avropa Oyunlarına hazırlaşırıq. Hazırkı duruma görə onu deyə bilərəm ki, hələ ki hər şey qaydasındadır”.

Bu sözləri karate üzrə qadınlardan ibarət milli komandamızin üzvü Mədinə Sadıqova Pressing.az-a açılamasında deyib.

55 kiloqramda çıxış edəcək xanım idmançımız rəqiblərin güclü olduğunu vurğulayıb: “Bildiyiniz kimi, Avropa Oyunlarına ən yaxşı idmançılar qatılacaq. Belə ki, hər ölkə üzrə ən güclü 8 idmançı yarışacaq. Milli komandamızda yer alan 8 nəfər arasında mən də varam. Rəqibləri yüksək səviyyədə qiymətləndirirəm, hər kəs ora qalib olmaq üçün gələcək. Nəzərə alsaq ki, rəqiblərimiz də mərhələlər keçərək gələcək, o üzdən yarışın olduqca gərgin və maraqlı idman mübarizəsi şəraitində keçəcəyini indidən təxmin etmək olar".

22 yaşlı idmançı əsas rəqibləri haqda bunları deyib: “Mənim üçün əsas 2 rəqib var ki, onalardan biri Ukraynanı təmsil edir. Ukraynalı rəqibim 3 qat Avropa çempionu və Tokioda keçirilən olimpiadada finalçı olub. Digər rəqibim isə Bolqarıstanı təmsil edən Olimpiya çempionudur. Düşünürəm ki, qarşıda əsas sınaq bu iki idmançı ilə olacaq".

Avropa çempionatlarında 4 dəfə medal qazanmış Sadıqova hazırlıq prosesindəki problemlərə toxunub: "8 idmançı ilə çıxış edəcəyimiz yarışda əsas problem təlim-məşq toplanışının olmamasıdır. Müəyyən çətinliklər ucbatından bu baş tutmadı. Amma üzülmürük, idmandır, hər çətinliyinə dözmək lazımdır. İnanıram ki, bu çətinliyin öhdəsindən layiqincə gələcəyik".

Son İslam Oyunlarının mükafatçısı Avropa Oyunlarında maksimal nəticəyə inandığını da vurğulayıb: "Düşünürəm ki, zəhmətimiz yerdə qalmayacaq. Şəxsən özüm finala çıxmaq üçün çalışacam, qarşımda əsas hədəfdir. Komanda şəklində isə düşünürəm ki, ölkəmizə ən çox medal gətirənlər idman növlərindən biri karate olacaq".

Pressing.az

Oxşar xəbərlər


Bütün xəbərlər