Xəbər lentiwidget-title-icon

İkinci Liqada 6 oyunun saatı məlum olub
Gəncə futbolunda Mahmud Qurbanov səsi: Veteranlardan çağırış
Birinci Liqada həftənin hakimləri məlum olub
Rəşad Sadıqov: “Bizim üzərimizdə daha çox təzyiq var”
"Zirə"də itkilər
"Səbirsizliklə sabahkı matçı gözləyirik" - Valdas Dambrauskas
Azərbaycan şahmatçıları türkdilli ölkələr arasında açıq yarışda
Azərbaycan yığması Macarıstanda yoxlama oyunları keçirəcək
“Sabah" Puxaçı birdəfəlik transfer edir
11 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Astana”nın üzvü “Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi olub
Qazaxıstan mediası “Sabah”ın çempionluğundan yazdı
“Sabah”la “Zirə”nin 31-ci dueli
2-ci Liqada 26-cı tura yekun vurulacaq
"Araz Naxçıvan" legioneri göndərib
Azərbaycan taekvondoçusundan Avropa çempionatında gümüş medal
“Səbail”in potensial sponsoru ilə bağlı QARANLIQ MƏQAMLAR
“Sabah”a çempionluq kubokunun veriləcəyi tarix məlum olub
Ömər və Qurban Avropa çempionatının finalında!
Azərbaycan atıcılarından AÇ-də bürünc medal
"Xankəndi"nin qələbəsi - VİDEO
PSJ cəbhəsində sevindirici xəbər
Azərbaycan millisi Gürcüstana da uduzdu
"Turan Tovuz" avrokuboklarda, "Karvan-Yevlax" liqadan düşdü, "Neftçi" "Şamaxı"ya qalib gəldi
2-ci Liqada 26-cı tura start verilib - NƏTİCƏLƏR

Çempion şahmatçılar “Sirab”ı seçdi – FOTOLAR

Bu gün "Sirab" brendinin Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

Pressing.az xəbər verir ki, mərasimdə "Sirab"ın qurucu təsisçilərindən Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Nərmin Məmmədova, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov iştirak ediblər.

Tədbirin əvvəlində su sponsorluğu rəsmiləşdirilib. Müqaviləni Alper Yaycılı və Mahir Məmmədov imzalayıb. İmza mərasimində Alper Yaycılı bu tərəfdaşlığın şirkət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Azərbaycan şahmat dünyasında öncül ölkələrdən biridir və biz “Sirab” olaraq belə bir möhtəşəm idman növünü dəstəkləməkdən qürur duyuruq. Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlığımız təsadüfi deyil. Bu tərəfdaşlıq, idmana olan sadiqliyimizin və Azərbaycan xalqının uğurlarına verdiyimiz dəyərin göstəricisidir.

Son dövrlərdə Azərbaycan şahmatçılarının qazandığı uğurlar bizim üçün böyük qürur mənbəyidir. Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatındakı qələbəsi bizi dərin sevincə bürüdü. Keçən il Bakıda keçirilən nüfuzlu Dünya Kuboku turnirində 80-dən çox ölkədən 309 şahmatçının məhz “Sirab”ı seçməsi bizi qürurlandırdı və bu, məhsulumuzun keyfiyyətini bir daha təsdiqlədi.

Biz inanırıq ki, su həyat mənbəyidir və sağlam həyat tərzinin vacib komponentidir. Şahmatçılarımızın yüksək səviyyəli performans göstərmələri üçün onların su ehtiyaclarını qarşılamaqdan məmnunuq. “Sirab” olaraq, Azərbaycanın gənc və istedadlı şahmatçılarının yanında olmaq və onlara dəstək vermək bizim üçün böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə də Azərbaycan Şahmat Federasiyası ilə birlikdə daha böyük uğurlara imza atacağımıza inanırıq. Rəsmi su tərəfdaşı olaraq, biz şahmatçıların yanında olmaq və onları ən yaxşı şəkildə dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Dünya çempionlarının “Sirab”ı seçməsi ilə fəxr edə bilərik".

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Sirab”la əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib: “Sirab” ölkəmizin sevilən suyudu. Əməkdaşlığımız rəsmi müqavilədən öncə başlayıb. Ötən il Bakıda Dünya Kuboku keçirildiyi günlərdə “Sirab” şahmatçıların yanında oldu. Bir ay boyunca dünyanın aparıcı şahmatçıları “Sirab”ı seçdi. “Sirab” təkcə Azərbaycanda deyil, ölkədən kənarda da sevilir. Əməkdaşlığımızın uğurlu və uzun müddətli olmasını diləyirəm”.

Tədbirin sonunda AŞF rəhbərliyi Bakıdakı Dünya Kubokunda iştirak edən ulduz şahmatçıların imzaladığı şahmat lövhəsini “Sirab” kollektivinə hədiyyə edib. “Sirab” federasiyaya özəl hazırlanan kreativ hədiyyə verib. Şirkətin baş direktoru Alper Yaycılı AŞF rəhbərinə üzərində Azərbaycanın tanınmış şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyevanın kiçik heykəlləri olan şahmat dəstini təqdim edib.

Əməkdaşlığa əsasən, Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi şahmat yarışlarında “Sirab” brendi iştirakçıların su təminatçısı olacaq.

Qeyd edək ki, 70 ildən çox yaşı olan və dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb. Təsadüfi deyil ki, Brüsseldə keçirilən “Beynəlxalq Möhtəşəm Dad Mükafatı”na ən yüksək dərəcə olan 3 ulduzla Azərbaycanın sevilən suyu Sirab layiq görülüb.
Çempion şahmatçılar “Sirab”ı seçdi



Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 6 oyunun saatı məlum olub
Gəncə futbolunda Mahmud Qurbanov səsi: Veteranlardan çağırış
Birinci Liqada həftənin hakimləri məlum olub
Rəşad Sadıqov: “Bizim üzərimizdə daha çox təzyiq var”
"Zirə"də itkilər
"Səbirsizliklə sabahkı matçı gözləyirik" - Valdas Dambrauskas
Azərbaycan şahmatçıları türkdilli ölkələr arasında açıq yarışda
Azərbaycan yığması Macarıstanda yoxlama oyunları keçirəcək
“Sabah" Puxaçı birdəfəlik transfer edir
11 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Astana”nın üzvü “Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi olub
Qazaxıstan mediası “Sabah”ın çempionluğundan yazdı
“Sabah”la “Zirə”nin 31-ci dueli
2-ci Liqada 26-cı tura yekun vurulacaq
"Araz Naxçıvan" legioneri göndərib
Azərbaycan taekvondoçusundan Avropa çempionatında gümüş medal
“Səbail”in potensial sponsoru ilə bağlı QARANLIQ MƏQAMLAR
“Sabah”a çempionluq kubokunun veriləcəyi tarix məlum olub
Ömər və Qurban Avropa çempionatının finalında!
Azərbaycan atıcılarından AÇ-də bürünc medal