Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi AÇIQLANIB
Digər növlər
27-10-2025, 11:00

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək sayca 6-cı İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal oyunlarının təqvimi müəyyənləşib.
Pressing.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.
Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da keçiriləcək. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gətiriləcək.
A qrupu
4 noyabr
Liviya – Azərbaycan
Səudiyyə Ərəbistanı - Özbəkistan
6 noyabr
Özbəkistan – Azərbaycan
Səudiyyə Ərəbistanı – Liviya
8 noyabr
Səudiyyə Ərəbistanı – Azərbaycan
Özbəkistan – Liviya
