"Kəpəz" sabiq futbolçusunu heyətinə qatıb » Pressing.Az
"Kəpəz" sabiq futbolçusunu heyətinə qatıb – RƏSMİ
Transferlər / Azərbaycan Futbolu 16-08-2024, 09:30

"Kəpəz" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Pressing.az xəbər verir ki, Orxan Əliyev Gəncə təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Əliyev son olaraq "Araz Naxçıvan"da oynayıb. 28 yaşlı futbolçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.