Yenidən "Kəpəz"də oynayacaq » Pressing.Az
Yenidən "Kəpəz"də oynayacaq - RƏSMİ
Azərbaycan Futbolu / Transferlər Bu gün, 10:30

"Kəpəz" klubu daha bir futbolçunun keçidini həll edib.

Pressing.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dieqo Verdaska yenidən Gəncə təmsilçisində çıxış edəcək. 28 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dieqo Verdaska ötən mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Futbolçu ümumilikdə 30 oyunda meydana çıxıb.