Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Azərbaycan boksçuları dünya birinciliyində qalib gəldilər

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin daha 3 idmançısı rinqdən qalib ayrılıb.

Pressing.az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov 1/16 final çərçivəsində Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda ilk mərhələdən azad olan Jair Bonilla (Ekvador) ilə münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da debütdə rəqibini məğlub edib. O, 1/16 finalda kubalı Alexandro Sançesə gücünü göstərib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda inamlı qələbə qazanıb – 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünü Bayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.

Ziya Həsənov (71 kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu (Trinidad və Tobaqo) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan Həsənov qalib elan edilib. Milli üzvü ikinci sınağında ilk mərhələdən azad olan İqor Bondarla (Moldova) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 3-də başa çatacaq.

Oxşar xəbərlər