Xəbər lentiwidget-title-icon

PSJ UEFA Superkubokunun qalibi oldu
Konfrans Liqası: 3 komanda mərhələ adladı
Lukaku "Fənərbağça"da - RƏSMİ
İngiltərəli hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Sabah" bəyanat yaydı!
İlk hücum edən "Orhus" azarkeşi imiş - GÖTÜNTÜLƏR YAYILDI
"İmişli"dən daha bir transfer
Braziliyalı hücumçu "Şəfa"da
Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri məlumdur
İtaliya klubundan yeni transfer
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da!
“Sabah”ın futbolçusu bombardirlər yarışına başçılıq edir
MS-də yeni qapıçı
“Xankəndi”ndə Müşahidə Şurası yaradılıb
“Gəncə” türkiyəli məşqçi ilə vidalaşıb
"Çelsi"də yeni futbolçu
37 yaşlı Sançesin yeni klubu - RƏSMİ
“Sabahın ulduzları”: “Qarabağ” və “Ulduz”dan qələbə
"Turan Tovuz" mövsümə yeniliklə başlayır
Timoteuş Puxaç: "Doğma meydanda onları darmadağın etdik" – AÇIQLAMA
Almaniya klubundan yeni transfer
Azərbaycan klubunda braziliyalı futbolçu
Azərbaycan millisinin hücumçusu “Neftçi”də
"Neftçi"də yeni oyunçu - RƏSMİ

Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finalına vəsiqə qazanıb

İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatı davam edir.

Pressing.az xəbər verir ki, mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.

55 kq-da Nicat Hüseynov kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.

Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçumuz Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.

Qeyd edək ki, daha öncə Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov (75 kq) da 1/8 finala yüksəlib. Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.

Oxşar xəbərlər