Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

3 boksçumuz Dünya Kubokunda qələbə qazanıb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında təşkil olunan Dünya Kuboku davam edir.

Pressing.az
xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu mərhələ adlayıb.

51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək.

Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək.

Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda Özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq.

Hər 3 boksçumuzun növbəti döyüşü martın 17-nə təsadüf edəcək.

Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin üçüncü günündə 4 boksçumuz rinqə çıxacaq.

Oxşar xəbərlər