Xəbər lentiwidget-title-icon

AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv olub
1-ci Liqa: “Səbail”lə “Karvan-Yevlax”dan heç-heçə
AFFA nümayəndəsinə UEFA-dan yeni təyinat
"İmişli" məşqçisi ilə vidalaşdı
Azərbaycan cüdoçularından dünya çempionatında daha bir medal!
Gəncədə voleybol festivalı keçirilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Sumqayıtda minifutbol turniri keçirilib
Azərbaycan Kubokunda daha 3 komanda mərhələ adladı
"Sabah"ın ÇL matçına 50 minə yaxın bilet satılıb
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlanıb
DÇ: Murad Fətiyev 1/4 finalda
"Zaqatala”nın futbolçusuna “Ayın qolu” mükafatı təqdim olunub
Azərbaycanın iki cüdoçusu 1/8 finalda
Sertan Taşkın "Səbail"də
Boksçularımız yarımfinalda
“LANDAU Lions” İsveçrə klubuna məğlub olub
Azərbaycan millisi FİFA reytinqində geriləyib
Liderlik kürsüsündə şimal rüzgarı: “Şahdağ Qusar” Zaqatala səddini rahatlıqla keçdi
Azərbaycan idmançıları Misirə yollanıb
Azərbaycanın 23 güləşçisi DÇ-də mübarizə aparacaq
Azərbaycan millisi "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək
U-20 millimiz Yaponiya sınağından üzüağ çıxdı – YAZI
“Gəncə” FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub
"Liverpul"da itki

Samir Abasovun həddini aşmaqlığı

Samir Abasov Azərbaycan futbolunda ən maraqlı personalardan biri və deyərdim ki, birincisidir. Rəhmətlik Böyükağa Hacıyevdən sonra mətbuat konfranslarına Abasov kimi rəng qatan ikinci bir məşqçi yoxdur. Danışıq tonu, yarı Azərbaycan, yarı rus dilində leksikonu, jestləri, verdiyi maraqlı cavablar və s. Bir sözlə, Samir harda varsa, orda ən azı bir duzlu-məzəli söhbət olur. Amma...

Amması odur ki, Samir bəy bəzən əndazədən kənara çıxır. "Artıq belə qəbul edilmişəm" deyib, media önündə daha "relax" olur.

Məsələn, bir neçə gün öncə keçirilən "Neftçi" – "Turan Tovuz" matçından (1:1) sonra təcrübəli mütəxəssis ənənəvi olaraq oyunsonrası mətbuat konfransına qatıldı. Bəli, konfrans yenə maraqlı hadisəsiz ötüşmədi. Özü də sonda. Həmkarımızın verdiyi "Azarkeşlər sizi ötən tur "Kəpəz"ə qəsdən uduzmaqda ittiham edirlər" sualı Samir Abasovu əməlli-başlı özündən çıxardı. 5-10 saniyə dodağının altında deyinərək cavab vermək üçün var-gəl etdi, sonda "partladı".

Düzdür, jurnalistin sualı yersiz sayıla bilər. Sosial şəbəkələrdə yazılanları əsas götürüb, bir baş məşqçiyə açıq şəkildə belə sual verməyi qəbahət saya bilərik. Hər halda, Samir Abasov kimi insana belə sual ünvanlayarkən şir ürəyi yeməlisən...

Abasovun suala cavabı isə kifayət qədər kobud alındı , hələ işlətdiyi "Kameraları söndürün, qadınlar konfrans otağından çıxsın, cavab verim" sözləri də birmənalı qarşılanmadı. Yenə deyirəm, bu baş məşqçi Azərbaycan futboluna bəzəkdir, rəng qatır. Amma qədərində, həddində.

Bir el məsəlində deyildiyi kimi, sirkə nə qədər tünd olsa, öz qabını çatladar...

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər