Daha bir futbolçu "Qarabağ"ı tərk etdi! » Pressing.Az
Daha bir futbolçu "Qarabağ"ı tərk etdi!
Manşet / Azərbaycan Futbolu 5-01-2023, 18:38

"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayıb.

Budapeştə yollanan qanalı hücumçu 2 illik sözləşməyə imza atıb.

Pressing.az xəbər verir ki, 25 yaşlı forvard cari mövsümün sonunda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusunun "köhlən atlar"la müqaviləsi bu ilin yayında başa çatacaq.(report.az)