Abdullah Zubirdən yeni müqavilə ilə bağlı paylaşım » Pressing.Az
Abdullah Zubirdən yeni müqavilə ilə bağlı paylaşım
Azərbaycan Futbolu 1-07-2024, 10:36

Abdullah Zubir “Qarabağ” klubu ilə yeni müqavilə imzalamasını şərh edib.

Pressing.az xəbər verir ki, fransalı yarımmüdafiəçi İnstaqram səhifəsində yazıb:

“Gəlin, bu möhtəşəm klub üçün işləməyə davam edək. Hər kəsə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, 2018-ci ildən Ağdam klubuna çıxış edən 32 yaşlı futbolçu “Qarabağ”la 3 illik yeni müqavilə imzalayıb.