Xəbər lentiwidget-title-icon

Azərbaycan Kubokunda daha 3 komanda mərhələ adladı
DÇ: Murad Fətiyev 1/4 finalda
"Zaqatala”nın futbolçusuna “Ayın qolu” mükafatı təqdim olunub
Azərbaycanın iki cüdoçusu 1/8 finalda
Sertan Taşkın "Səbail"də
Boksçularımız yarımfinalda
“LANDAU Lions” İsveçrə klubuna məğlub olub
Azərbaycan millisi FİFA reytinqində geriləyib
Liderlik kürsüsündə şimal rüzgarı: “Şahdağ Qusar” Zaqatala səddini rahatlıqla keçdi
Azərbaycan idmançıları Misirə yollanıb
Azərbaycanın 23 güləşçisi DÇ-də mübarizə aparacaq
Azərbaycan millisi "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək
U-20 millimiz Yaponiya sınağından üzüağ çıxdı – YAZI
“Gəncə” FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub
"Liverpul"da itki
"Şahdağ Qusar"dan darmadağın
Cüdoçularımızdan bir gümüş, bir bürünc medal
Tanınmış jurnalist: "Ehtiram Quliyev klubun başındadır"
"Sabah"ın futbolçusu mükafatlandırılıb
AFFA-dan bu komandalara CƏZA
“Doğma vətəndə uduzmaq ağırdır” - Hidayət Heydərov
AFFA “Səbail”ə texniki məğlubiyyət verdi
Azərbaycan yığması seçmə mərhələdə 5-ci səbətdə yer alacaq
Azərbaycanın iki cüdoçusu 1/4 finalda
"Səbail" 550 min avroluq futbolçu transfer etdi

"Qarabağ"ın yeni hücumçusu: "Təcrübəmizə arxayınıq" – MÜSAHİBƏ

"Qarabağ" ötən gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda İslandiyanın "Vestri" komandasına 3:0 hesabıyla qalib gəlib.

Matçdan sonra Ağdam təmsilçisinin yeni transferi olan qambiyalı hücumçu Zakariya Savo Pressing.az-ın suallarını cavablandırıb.

– Oyun barədə fikirləriniz necədir?

– Açılış matçında yaxşı çıxış etdik. İlk oyunda parlaq nəticə qazandıq. Lakin daha yaxşısı ola bilər. Bu mövsüm ilk rəsmi oyunumuz idi. Daha uğurlu nəticələr üçün çalışacağıq.

– İlk rəsmi matçda qol vurmağı bacardınız. Təəssüratlarınız necədir?

– Fərqlənmək həmişə xoş hisslər gətirir. Belə bir atmosferdə, azarkeşlər qarşısında çıxış etmək, qollar vurmaq mükəmməldir. Düşünürəm ki, 90 dəqiqə rəqibə təzyiq göstərə bildik. Qarşıda bizi daha bir matç gözləyir. Daha da yaxşısı üçün çalışırıq.

– Avrokuboklarda şanslarınızı necə qiymətləndirirsiniz?

– "Vestri" yaxşı komandadır. İndiki dövrdə çətin rəqib yoxdur. Avropada daim çıxış etməyən klublara qarşı oynamaq bir qədər çətin olur. Lakin biz "Qarabağ" olaraq təcrübəmizə arxayınıq. Cavab oyununda da yalnız qələbə üçün çalışacağıq. Daim öz üzərimizdə işləməliyik.

– Komandaya adaptasiya prosesiniz hansı mərhələdədir?

– Çox asan oldu. Çünki həm komanda yoldaşlarım, həm məşqçilər heyəti daim mənə dəstək olurlar. Klubda hər kəs mehribandır.

– Təlim məşq toplanışında 3 qol vurmuşdunuz. İslandiyadakı matçda Zakariya Savo eynisini təkrarlaya biləcək?

– Ümidvaram. (gülür)

AZAD NURİYEV

Oxşar xəbərlər