PFL rəsmisi Konfrans Liqasına təyinat alıb » Pressing.Az
PFL rəsmisi Konfrans Liqasına təyinat alıb
Konkfrans Liqası 1-03-2023, 18:34

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Pressing.az
xəbər verir ki, UEFA Avropa Konfrans Liqası çərçivəsində martın 9-da Belçikanın Brüssel şəhərindəki “Anderlext Stadium”da keçiriləcək “Anderlext” (Belçika) – “Vilyareal” (İspaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.