PFL rəsmisinə UEFA-dan təyinat » Pressing.Az
PFL rəsmisinə UEFA-dan təyinat
Dünya Futbolu 1-10-2024, 16:00

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Pressing.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda, oktyabrın 11-də keçiriləcək Çexiya - Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının I qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.