Bu klub Bundesliqanı tərk etdi
Dünya Futbolu
11-05-2025, 17:44

Almaniya Bundesliqasını tərk edəcək ikinci komanda müəyyənləşib.
Pressing.az xəbər verir ki, 33-cü turda “Frayburq”a uduzan “Holştayn”ın (1:2) elita ilə vidalaşacağı rəsmiləşib.
Komanda 33 turdan sonra 25 xalla 17-ci sıradadır.
Qeyd edək ki, daha əvvəl “Bohum”un 2-ci Bundesliqaya düşəcəyi dəqiqləşmişdi.
