Məşhur futbolçu "Çelsi"dən ayrılır
Dünya Futbolu
Dünən, 17:00

Kristofer Nkunku mövsümün sonunda "Çelsi" klubundan ayrılır.
Pressing.az xəbər verir ki, Fransa millisinin üzvü yeni mövsümdən "Çelsi"dən çıxış etmək istəmir. Onun bununla bağlı klubla danışdığı və qərarının qəti olduğunu açıqladığı bildirilir.
27 yaşlı hücumçunun London klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
