Terim Ərəbistan klubundan ayrılır
Dünya Futbolu
17-06-2025, 14:41

Məşhur türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanının “Əl Şabab” klubundan ayrılacaq.
Pressing.az xəbər verir ki, Terim müqaviləsində sözləşməni uzatma bəndinin olmasına baxmayaraq, komandada qalmaq istəməyib.
Qeyd edək ki, Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi 2024-cü ilin dekabrından "Əl-Şabab"ı çalışdırır. Onun komandası mövsümü 60 xalla 6-cı pillədə başa vurub.
