Ronaldo rekordlara "doymur" » Pressing.Az
Ronaldo rekordlara "doymur"
Dünya Futbolu 13-10-2024, 15:30

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Pressing.az xəbər verir ki, 39 yaşlı hücumçu Portuqaliya millisi ilə rəsmi oyunlarda 100-cü qələbəsini qazanıb. Ronaldonun yubileyi Polşa ilə matçda (3:1) qeydə alınıb.

Beləliklə, Ronaldo milli komandada 100 qələbə sayına çatan ilk oyunçu olub.