"Roma"da ayrılıq yaşandı » Pressing.Az
"Roma"da ayrılıq yaşandı
Dünya Futbolu 30-08-2024, 13:41

"Roma" klubu futbolçusu Rik Karsdorpla yollarını ayırıb.

Pressing.az
xəbər verir ki, A Seriyası təmsilçisi 29 yaşlı müdafiəçi ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyini açıqlayıb.

Qeyd edək ki, niderlandlı oyunçu 2017-ci ildən "Roma"da çıxış edirdi.