Babək Quliyev Konfrans Liqasının oyununa təyinat alıb » Pressing.Az
Babək Quliyev Konfrans Liqasının oyununa təyinat alıb
Dünya Futbolu / Konkfrans Liqası 20-07-2024, 09:00

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Pressing.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.