Millimizin üzvü bir hissə oynadı » Pressing.Az
Millimizin üzvü bir hissə oynadı
Dünya Futbolu 14-07-2024, 14:26

Futbol üzrə Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilib.

Pressing.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" bu turda "Qanqvon"u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Anton 46-cı dəqiqədə əvəzlənib.

"Daejeon" 20 xalla 12-ci pillədə qərarlaşıb.