Krivotsyukun komandası xal itirdi » Pressing.Az
Krivotsyukun komandası xal itirdi
Dünya Futbolu 1-05-2024, 10:30

Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları baş tutub.

Pressing.az
xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Sanqmu” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 0:0.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.

“Daejeon” hazırda 10 xalla 9-cu pillədə qərarlaşıb.