Anton Krivotsyukun komandasından çətin qələbə » Pressing.Az
Anton Krivotsyukun komandasından çətin qələbə
Dünya Futbolu 24-06-2024, 10:28

Cənubi Koreya çempionatında 18-ci turun oyunları keçirilib.

Pressing.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Qvanqyu” ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Daejeon” hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb.