Azərbaycan millisinin üzvü oynadı, komandası heç-heçə etdi
Dünya Futbolu
7-05-2025, 09:17

Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilir.
Pressing.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə "Jeonbuk"la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Krivotsyuk matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra xallarını 27-yə yüksəldən "Daejeon" liderliyini davam etdirir.
