La Liqa klubunda yeni müqavilə » Pressing.Az
La Liqa klubunda yeni müqavilə
Dünya Futbolu 10-07-2024, 16:02

Madrid "Atletiko"su futbolçusu Karlos Martinlə müqaviləni uzadıb.

Pressing.az xəbər verir ki, ispaniyalı hücumçunun yeni sözləşməsi 5 illikdir.

Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Mirandes"də (İspaniya) oynayan hücumçu "Atletiko" futbol akademiyasının yetirməsidir.