Rüfət Dadaşov yeni mövsüm öncəsi ilk oyuna çıxıb

Həmyerlimiz Rüfət Dadaşovun da formasını geyindiyi Berlin "Dinamo"su yeni mövsüm öncəsi ilk yoldaşlıq görüşünə çıxıb.

Pressing.az xəbər verir ki, komanda "Maqdeburq"la qarşılaşıb. "Dinamo" bu matçda böyük hesabla məğlub olub - 0:3.

Rüfət də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb.

Qeyd edək ki, 31 yaşlı hücumçu "Dinamo"da 2023-cü ilin yayından çıxış edir.

Oxşar xəbərlər